Ağdaşda piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Ağdaşda piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB Ağdaş. 12 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda yol qəzasında ölən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
12 Noyabr , 2018 10:19
Ağdaşda piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Ağdaş. 12 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda yol qəzasında ölən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, Goranboy rayon sakini, 1961-ci il təvəllüdlü Ceyhun Bayram oğlu Məmmədov yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan C.Məmmədov hadisə yerində ölüb.


11 noyabr, 23:42

Ağdaş. 11 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, rayonun Ləki kəndində yolu qarşı tərəfə keçmək istəyən və hələ ki, şəxsiyyəti bilinməyən 55-60 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakı-Qazax yolunda 2 avtomobil toqquşub.

Son xəbərlər

Orphus sistemi