Ağdaşda narkotik becərən şəxs saxlanılıb

Ağdaşda narkotik becərən şəxs saxlanılıb Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Elnur İsmiyev saxlanılıb.
Hadisə
234
5 İyul , 2021 11:47
Ağdaşda narkotik becərən şəxs saxlanılıb
0 : 00
0 : 00

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Elnur İsmiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Reporta verilən məlumata görə, saxlanılan şəxsin Dəhnəxəlil kəndində kultivasiya yolu ilə yetişdirdiyi,ümumi çəkisi 12 kiloqram 575 qram olan 17 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb. E.İsmiyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi