Ağdaşda motosiklet yük maşını ilə toqquşub, xəsarət alanlar var

Ağdaşda motosiklet yük maşını ilə toqquşub, xəsarət alanlar var Yaralılar xəstəxanaya yerləşdiriliblər
Hadisə
7 Noyabr , 2017 10:52
Ağdaşda motosiklet yük maşını ilə toqquşub, xəsarət alanlar var

Ağdaş. 7 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kotavan və Xınaxlı kəndləri arasında baş verib. 

Belə ki, “QazEl” markalı yük maşını “Muravey” markalı motosikletlə toqquşub. Qəza nəticəsində iki nəfər - Kotavan kənd sakini,1972-ci il təvəllüdlü Famil Qurban oğlu Əhmədov və Xınaxlı kənd sakini, 1987-ci il təvəllüdlü  İmran Ədalət oğlu Abdullayev müxtəlif dərəcəli ağır bədən xədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi