Ağdaşda su kanalına düşən kişinin meyiti tapılıb - YENİLƏNİB

Ağdaşda su kanalına düşən kişinin meyiti tapılıb - YENİLƏNİB Ağdaş rayonunda naməlum şəraitdə su kanalına düşən 1982-ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun axtarışları başa çatıb.
Hadisə
5 Dekabr , 2019 16:55
Ağdaşda su kanalına düşən kişinin meyiti tapılıb - YENİLƏNİB

Ağdaş rayonunda naməlum şəraitdə su kanalına düşən 1982-ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun axtarışları başa çatıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


***15:55

Ağdaş rayonunda 37 yaşlı kişi su kanalına düşüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nazirliyin "112" qaynar telefon xəttinə Ağdaş rayonunda 1982-ci il təvəllüdlü Quliyev Aqşin Əlikram oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi