Ağdaşda kiçik həcmli yük maşını aşıb, sürücü xəsarət alıb

Ağdaşda kiçik həcmli yük maşını aşıb, sürücü xəsarət alıb Hadisə maşının təkərinin partlaması nəticəsində baş verib
Hadisə
28 Yanvar , 2018 05:58
Ağdaşda kiçik həcmli yük maşını aşıb, sürücü xəsarət alıb

Ağdaş. 28 yanvar. REPORT.AZ/ Ağdaşda yük maşınının aşması nəticəsində 1 nəfər xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Tovuz rayon sakini Ələkbərli Ələkbər Faiq oğlunun idarə etdiyi "Qazel" markalı maşının hərəkətdə olan zaman anidən təkəri partlayıb və o, yol kənarına aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza Bakı-Qazax yolunun 283-cü km-də baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi