Ağdaşda kərpic daşıyan yük maşını dərəyə aşıb - FOTO

Ağdaşda kərpic daşıyan yük maşını dərəyə aşıb - FOTO Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Hadisə
29 Sentyabr , 2017 21:41
Ağdaşda kərpic daşıyan yük maşını dərəyə aşıb - FOTO
Foto: Report.az

Ağdaş. 29 sentyabr. REPORT.AZ/ Ağdaşın Aşağı Nemətabad kəndində kərpic daşıyan “Kamaz” markalı yük maşını quyuya düşərək aşıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə su xətti çəkilişi ilə əlaqədar kənd yollarında qazma işi aparan təşkilatın sürücülər üçün xəbərdarlıq nişanı qoymaması səbəbindən baş verib.

Nəticədə 1969-cu il təvəllüdlü sürücü Süleymanov Polad Yusif oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralıya yaxınlıqdakı tibb məntəqəsində ilkin tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi