Ağdaşda karantini pozan çayxana sahibi və müştəriləri saxlanıldı

Ağdaşda karantini pozan çayxana sahibi və müştəriləri saxlanıldı Ağdaş şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.
Hadisə
21 Dekabr , 2020 15:11
Ağdaşda karantini pozan çayxana sahibi və müştəriləri saxlanıldı
0 : 00
0 : 00

Ağdaş şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində Tamerlan Allahverdiyevin qanunsuz olaraq çayxana işlətdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 15 müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib.

İcarədar T.Allahverdiyev və müştərilər RPŞ-yə dəvət olunub. Onların barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Tamerlan Allahverdiyev
Tamerlan Allahverdiyev

Son xəbərlər

Orphus sistemi