Ağdaşda itkin düşən 2 yaşlı uşaq tapılıb

Ağdaşda itkin düşən 2 yaşlı uşaq tapılıb Uşağın valideynləri müraciətlərinə operativ reaksiyaya verərək övladlarının həyatını xilas edən polislərə minnətdarlıqlarını bildiriblər
Hadisə
6 Mart , 2021 15:15
Ağdaşda itkin düşən 2 yaşlı uşaq tapılıb

Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qaraoğlan kənd sakini sonuncu dəfə yaşadıqları evin qarşısında oynayan 2 yaşlı övladının itkin düşdüyünü, axtarışlarının nəticəsiz qaldığını bildirərək kömək göstərilməsini xahiş edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, azyaşlının tez bir zamanda tapılması istiqamətində polis əməkdaşları kənd ərazisində, eləcə də rayonda dərhal axtarış tədbirlərinə başlayıblar.

Həyata keçirilən operativ tədbirlər zamanı 2 yaşlı A.B. axşam saatlarına doğru polis serjantı Rauf Yunusov tərəfindən su kanalının kənarında köməksiz vəziyyətdə tapılıb və ailəsinə təhvil verilib.

Uşağın valideynləri müraciətlərinə operativ reaksiyaya verərək övladlarının həyatını xilas edən polislərə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi