Bakı. 22 iyun. REPORT.AZ/ Gecə saatlarında Ağdaş şəhərində ikimərtəbəli inzibati binada yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 2 ədəd çarpayı yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər xilas edilib. Yanğın saat 00:34-də söndürülüb.