Ağdaşda iki nəfərin öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Ağdaşda iki nəfərin öldüyü qəza ilə bağlı məhkəmə başlayır Ağdaşda iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tehran Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
2 Yanvar , 2020 11:29
Ağdaşda iki nəfərin öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Ağdaşda iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tehran Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşdan keçən hissəsində baş verib. Minik avtomobili hərəkət zamanı yoldan çıxaraq kanala aşıb. Qəza nəticəsində Ağdaş rayon sakinləri, 1962-ci il təvəllüdlü Məmmədov Şahlar Ağasəf oğlu və 1967-ci il təvəllüdlü Məhiyəddinov Elburus Qiyas oğlu ölüb. Sərnişin,1964-cu il təvəllüdlü Cəlil Əhmədoğlu və avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Həmidov Tehran Sahib oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

T.Həmidova Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ititham verilib.

Son xəbərlər

Orphus sistemi