Ağdaşda iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə
  • 01 noyabr, 2018
  • 08:46
Ağdaşda iki avtomobil toqquşub, xəsarət alanlar var
Report

Ağdaş. 1 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda yol qəzası baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 

Belə ki, “VAZ-2107” markalı avtomobil “Hyundai” markalı avtomobilə çırpılıb. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.