Ağdaşda evdən içərisində pul və qızıl olan çanta oğurlandı

Ağdaşda evdən içərisində pul və qızıl olan çanta oğurlandı Ağdaş rayonunda evlərdən birindən oğurluq edilib.
Hadisə
27 Noyabr , 2020 04:05
Ağdaşda evdən içərisində pul və qızıl olan çanta oğurlandı
0 : 00
0 : 00

Ağdaş rayonunda evlərdən birindən oğurluq edilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Zeynəddin kəndində baş verib.

Belə ki, kənd sakini Rəvan Şərifovun evinə daxil olan naməlum şəxs və ya şəxslər içərisində pul və qızılların olduğu çatanı oğurlayıblar. Çantada 5 min manat dəyərində qızıl-zinət əşyaları, 2 min ABŞ dolları, 780 manat, ailəyə məxsus şəxsiyyət vəsiqələri və digər rəsmi sənədlər olub

Hadisə baş verən zaman Rəvan Şərifov və ailəsi evdə olmayıb.

Oğurluqla bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi