Ağdaşda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var

Hadisə
  • 13 mart, 2018
  • 12:01
Ağdaşda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var
Report

Ağdaş. 13 mart. REPORT.AZ/ Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədən keçən dəmiryolu keçidi yaxınlığında qarşıdan gələn yük maşını ilə toqquşmadan yayınan “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, rayonun Ləki qəsəbə sakini, 1976-cı il təvəllüdlü Sarvan Səttar oğlu Həmidov müxtəlif bədən xəsarətləri alıb. Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.