Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb Ağdaş rayonunda yol qəzası olub.
Hadisə
4 Oktyabr , 2021 10:32
Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Ağdaş rayonunda yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, oktyabrın 2-si saat 21 radələrində rayonun Orta Ləki kəndi ərazisində Yuxarı Ləki kənd sakini Nazim Feyzullayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə piyada, həmkəndlisi Mahir Məmmədovu vurub. Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi