Yuxarı
    Bağlamaq

    Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

    Ağdaş. 25 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda avtomobil vurması nəticəsində ölən piyadanın kimliyi məlum olub olub.

    "Report"un yerli bürosunun məlumatına görə, rayonun Ləki kənd sakini 55 yaşlı Fərəməz Cəbrayılov yolu keçmək istəyərkən "Mercedes-Vito" markalı avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. F.Cəbrayılov ətrafdakıların köməkliyi ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada məlum olub ki, artıq ölüb. 

    Hadisəni törətməkdə şübhəli bilinən sürücünün tapılaraq istintaqa cəlb edilməsi üçün araşdırmalara başlanılıb. 


    ***08:12

    Ağdaş. 25 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ləki - Ağdaş yolunda baş verib.

    Şəxsiyyəti hələ ki, məlum olmayan kişi yolu keçmək istəyən zamanı onu maşın vurub.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi