Ağdaşda avtomobil aşdı, bir ailənin üç üzvü xəsarət aldı

Ağdaşda avtomobil aşdı, bir ailənin üç üzvü xəsarət aldı Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon ərazisində keçən hissəsində avtomobil qəzası olub
Hadisə
12 May , 2021 18:34
Ağdaşda avtomobil aşdı, bir ailənin üç üzvü xəsarət aldı

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon ərazisində keçən hissəsində avtomobil qəzası olub.

"Report"un məlumatına görə, "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri - Biləsuvar rayon sakini, 1963-cü il təvəllüdlü Təranə Tofiq qızı İmanova, Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Səxavət Əliş oğlu İmanov və oğlu, 1983-cü il təvəllüdlü Elməddin Səxavət oğlu İmanov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Avtomobildə olan digər 2 nəfər isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi