Ağdaşda ağır yol qəzası baş verib, ölənlər və xəsarət alan var - VİDEO - YENİLƏNİB

Ağdaşda ağır yol qəzası baş verib, ölənlər və xəsarət alan var - VİDEO - YENİLƏNİB Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub.
Hadisə
29 İyun , 2021 10:10
Ağdaşda ağır yol qəzası baş verib, ölənlər və xəsarət alan var - VİDEO - YENİLƏNİB

Video əlavə olunub

06.02

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobili sürücü, Bakı sakini, 1959-cu il təvəllüdlü Salmanov Ramiz İbrahim oğlunun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində "Mercedes"də olan 2 nəfər həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım və yol polisi cəlb edilib. Qəzada ölənlərin və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi