Ağdaşda 65 yaşlı kişini avtomobil vuraraq öldürüb

Ağdaşda 65 yaşlı kişini avtomobil vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Aprel , 2017 09:26
Ağdaşda 65 yaşlı kişini avtomobil vuraraq öldürüb

Ağdaş. 26 aprel. REPORT.AZ/ Agdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, gecə saatlarında yolu keçmək istəyən 65 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

Belə ki, şəhər sakini, 1952-ci il təvəllüdlü Səftər Yusif oglu Əzizov yolu keçərkən hərəkətdə olan avtomobil onu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi