Yuxarı
    Bağlamaq

    Ağdaşda 58 yaşlı qadın intihara cəhd edib

    Qadının vəziyyəti ağır olaraq qalır© Report

    Ağdaş. 27 iyun. REPORT.AZ/ Ağdaş sakini sirkə turşusu içərək intihara cəhd edib.

    "Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Pirkəkə kəndində baş verib. 

    Kənd sakini 1959-cu il təvəllüdlü Nazilə Məhərrəm qızı Məmmədova gecə saatlarında yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd etmək istəyib. 

    Yaxınları onu Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi