Ağdaşda 20 yaşlı qadın özünü asaraq intihar edib

Ağdaşda 20 yaşlı qadın özünü asaraq intihar edib Ağdaş. 25 iyul. REPORT.AZ/ Ağdaş rayonunda intihar hadisəsi baş verib.
Hadisə
25 İyul , 2018 21:55
Ağdaşda 20 yaşlı qadın özünü asaraq intihar edib

Ağdaş. 25 iyul. REPORT.AZ/ Ağdaş rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Əmirarx kəndində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü kənd sakini Osmanlı İnci İslam qızı özünü yaşadığı evin həyətindəki köməkçi damda asaraq, intihar edib. Məlumata görə, intihar edən qadının iki yaşlı oğlu var. Onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taleh Cəfərov ay yarım əvvəl Rusiyaya işləməyə gedib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi