Ağdaşda 17 yaşlı qız damarlarını kəsərək intihara cəhd edib

Ağdaşda 17 yaşlı qız damarlarını kəsərək intihara cəhd edib Fakla bağlı araşdırma aparılır
Hadisə
2 May , 2017 23:37
Ağdaşda 17 yaşlı qız damarlarını kəsərək intihara cəhd edib

Ağdaş. 2 may. REPORT.AZ/ Axşam saatlarında Ağdaş rayonunda intihara cəhd hadisəsi baş verib.

"Rerpot"un Şirvan bürosunun xəbərinə görə, rayon sakini, 2000-ci il təvəllüdlü A.N. sağ qolunun damarını iti alətlə kəsib.

Hadisədən xəbər tutan valideynlər dərhal əraziyə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasını çağırıblar. Xəstəxanaya çatdırılan A.N.-nın həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub. Hazırda xəstənin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi