Ağdaşda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib - TƏFƏRRÜAT - YENİLƏNİB - FOTO

Ağdaşda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib - TƏFƏRRÜAT - YENİLƏNİB - FOTO Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
14 Dekabr , 2017 16:32
Ağdaşda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib - TƏFƏRRÜAT - YENİLƏNİB - FOTO
Report

Ağdaş. 14 dekabr. REPORT.AZ/ Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, Ağdaş şəhər sakini, Tərlan Hacıyev həmyerlisi Ətraf Nəsibovu  qətlə yetirdikdən sonra Qəbələ rayonunda yaşayan dayısının evinə qaçıb.

Dayısı məsələni bildikdən sonra ona polisə təslim olmasını deyib və bununla razılaşmayan T.Hacıyev dayısıgildən yaxınlıqdakı meşəyə doğru qaçıb. Dayısı bununla bağlı polisə məlumat verib, daha sonra bacısı oğlunun ardınca gedərək onu tapıb və əraziyə gələn polis əməkdaşlarına təhvil verib.


***15:37

Ağdaş. 14 dekabr. REPORT.AZ/ Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb. 

"Report"un yerli bürosunun məlumatına görə,  Ağdaş Dövlət Hümanitar Kollecinin 3-cü kurs tələbəsi Ə.Nəsibovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirən, şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev Qəbələ rayonunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. 

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi