Ağdaş və Qobustan sakinlərində sənədləri olmayan ov tüfəngləri aşkar edilib.
Bu barədə "Report"a
Belə ki, Ağdaş Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Ləki kənd sakini T.Abdullayevdən müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Bundan başqa, Qobustan RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərəbşalbaş kənd sakini Ə.Şahvələdovdan müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.