Ağdaş və Kürdəmir sakinlərindən tüfəng götürülüb

Ağdaş və Kürdəmir sakinlərindən tüfəng götürülüb Ağdaş və Kürdəmir rayon sakinlərində tüfəng aşkarlanıb.
Hadisə
27 Yanvar , 2020 12:27
Ağdaş və Kürdəmir sakinlərindən tüfəng götürülüb

Ağdaş və Kürdəmir rayon sakinlərində tüfəng aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağdaş Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəribli kənd sakini S.Mirzəyevdən “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Bundan başqa, Kürdəmir RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sovla kənd sakini E.Hüseynovdan “İJ-58” markalı tüfəng aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi