​Ağdaşda azyaşlı uşaq xilas edilib

​Ağdaşda azyaşlı uşaq xilas edilib Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinə eyvandan daxil olublar
Hadisə
16 Dekabr , 2014 05:25
​Ağdaşda azyaşlı uşaq xilas edilib
Bakı. 16 dekabr. REPORT.AZ/ Ağdaşda bir nəfər azyaşlı uşaq evdə köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş şəhərində bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-nin xilasediciləri hadisə yerinə cəlb edilib. Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinə eyvandan daxil olaraq giriş qapısını açıb və azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi