Ağdaş rayon sakinində kustar üsulla hazırlanmış qılınc aşkar edilib.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Belə ki, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini R.Abdullayevdən kustar üsulla hazırlanmış qılınc aşkar edilərək götürülüb.