Ağdaş sakini qardaşının qayınatası tərəfindən öldürülüb - YENİLƏNİB-2 - TƏFƏRRÜAT

Ağdaş sakini qardaşının qayınatası tərəfindən öldürülüb - YENİLƏNİB-2 - TƏFƏRRÜAT Ağdaş. 25 dekabr. REPORT.AZ/ Ağdaş sakinini qətlə yetirən şəxs tutulub. 
Hadisə
25 Dekabr , 2017 12:12
Ağdaş sakini qardaşının qayınatası tərəfindən öldürülüb - YENİLƏNİB-2 - TƏFƏRRÜAT
Report

Ağdaş. 25 dekabr. REPORT.AZ/ Ağdaş sakinini qətlə yetirən şəxs tutulub. 

"Report" xəbər verir ki, rayonun Aşağı Zeynəddin kənd sakini Dursun Muğumov münaqişə zəminində həmyerlisi Baxşalı Əliyevin baş nahiyəsinə ağac parçası ilə xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilən B.Əliyev orada ölüb.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində D.Muğumov saxlanılaraq istintaqa təhvil verilib.

***11:11

Ağdaş. 25 dekabr. REPORT.AZ/ Ağdaş rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, qohumlar arasında mübahisə otlaq sahəsi üstündə yaranıb. 

Belə ki, qətlə yetirilən B.Əliyev bir neçə dəfə mal-qarasını qardaşının qaynatasına məxsus otlaq sahəsində otarıb. Bu da otlaq sahibi ilə aralarında hər dəfə ciddi münaqişəyə səbəb olub. Sonuncu bu cür mübahisə B.Əliyevin ölümü ilə nəticələnib. Qətli törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***10:30

Ağdaş. 25 dekabr. REPORT.AZ/ Ağdaş rayon sakini qardaşının qayınatası tərəfindən öldürülüb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Zeynəddin kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1966-ci il təvəllüdlü ƏIiyev Baxşalı Məhərrəm oğlu ailə münaqişəsi zəmnində qardaşının qayınatası tərəfindən dəhrə aləti ilə vurularaq qətlə yetirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi