Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib

Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.
Hadisə
29 Noyabr , 2023 19:55
Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə bir nəfər rayon sakini qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi