Ağdaş sakini ov tüfəngini polisə təhvil verib

Hadisə
  • 25 noyabr, 2019
  • 08:50
Ağdaş sakini ov tüfəngini polisə təhvil verib

Ağdaş rayon sakini ov tüfəngini polisə təhvil verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Cücük kənd sakini E.Yəhyayev müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.