Ağdaş sakini həmyerlisini bıçaqlayaraq öldürüb

Ağdaş sakini həmyerlisini bıçaqlayaraq öldürüb Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir
Hadisə
9 Noyabr , 2016 13:00
Ağdaş sakini həmyerlisini bıçaqlayaraq öldürüb

Bakı. 9 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə noyabrın 8-də Ağdaş şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, rayon sakini Ramazan Qurbanov münaqişə zəminində həmyerlisi Bəkir Baxşəliyevi bıçaqlayaraq qətlə yetirib.

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Qurbanov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi