Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib

Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib Ağdaş. 13 sentyabr. REPORT.AZ/ Ağdaş şəhər sakini küt alətlə endirilən zərbə nəticəsində xəsarət alıb.
Hadisə
13 Sentyabr , 2018 00:57
Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib

Ağdaş. 13 sentyabr. REPORT.AZ/ Ağdaş şəhər sakini küt alətlə endirilən zərbə nəticəsində xəsarət alıb.

“Report”un Şirvan bürosunun məlumatına görə, 1948-ci il təvəllüdlü yerli sakin Çingiz Əzizov rayonun mərkəzi bazarı önündə 1966-cı il təvəllüdlü həmyerlisi Hacıyev Mənsur Çərkəz oğlu ilə mübahisə edib.

Bu zaman o, M.Hacıyevin qarın nahiyəsinə dəmir parçası ilə daxilə nüfuz edən xəsarət yetirib.

M.Hacıyev ətrafdakı insanlar tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi