Ağdamın işğaldan azad edilən kəndində 800 kq narkotik aşkarlandı

Ağdamın işğaldan azad edilən kəndində 800 kq narkotik aşkarlandı Ağdamın işğaldan azad edilmiş Cinli kəndi ərazisində narkotik aşkar edilib
Hadisə
405
19 May , 2021 09:51
Ağdamın işğaldan azad edilən kəndində 800 kq narkotik aşkarlandı

Ağdamın işğaldan azad edilən Cinli kəndi ərazisində narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.

Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan 1200 ədəd çətənə kolunun kökündən çıxarılaraq, yandırılması təmin edilib.

Son xəbərlər

Orphus sistemi