Ağdamda üç nəfəri ilan sancıb

Ağdamda üç nəfəri ilan sancıb Müraciət edənlər cəbhə xəttinə yaxın yerləşən kəndlərin sakinləridir
Hadisə
5 İyul , 2015 12:43
Ağdamda üç nəfəri ilan sancıb

Bakı. 5 iyul. REPORT.AZ/ Ağdam rayonunda son bir neçə gün ərzində üç nəfəri ilan sancıb.

Ağdam rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə, xəstəxanaya ilan və əqrəb sancması diaqnozu ilə üç vətəndaş daxil olub.

Müraciət edənlərin hər üçü cəbhə xəttinə yaxın yerləşən kəndlərin sakinləridir. Baş həkim Gülnar Abbasovun sözlərinə görə, daxil olan xəstələrin hamısına vaxtında yardım edilib.

Xəstəxanadan onu da bildirdilər ki, ehtiyyatda kifayət qədər ilan zəhəri əleyhinə dərman mövcuddur.

Son xəbərlər

Orphus sistemi