Ağdamda ermənilərə məxsus fosforlu mərmilər aşkarlanıb

Ağdamda ermənilərə məxsus fosforlu mərmilər aşkarlanıb İşğaldan azad edilən ərazilərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində düşmən ordusunun tərk etdiyi hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkarlanıb.
Hadisə
372
20 Noyabr , 2021 10:09
Ağdamda ermənilərə məxsus fosforlu mərmilər aşkarlanıb

İşğaldan azad edilən ərazilərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində düşmən ordusunun tərk etdiyi hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Ağdam rayonunda aparılan tədbirlərlə 1 qumbaraatan, 72 qumbaraatan mərmisi, 3 Qrad mərmisi, 2 fosforlu mərmi, 2 tank əleyhinə mina, 9 əl qumbarası və alışdırıcısı, 2 rabitə vasitəsi və 6 minə yaxın müxtəlif çaplı patronlar aşkar edilərək təhvil verilib.

Eyni zamanda ümumi çəkisi 3,3 tondan artıq 5 574 ədəd yabanı halda bitmiş çətənə bitkisi yığılaraq məhv edilib.

Son xəbərlər

Orphus sistemi