Yuxarı

​Ağdamda sərxoş sürücü qəza törədib, 2 nəfər yaralanıb - FOTO

Hadisə rayonun Bənövşələr qəsəbəsində qeydə alınıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Gülməmmədov Nizami Rəhim oğlu evlərinə qonaq gələn tanışnın "Mercedes 190" markalı maşınını sürərkən qəsəbə daxili yolun kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılar Quzanlı qəsəbindəki Rayon Mərkəzi xəstəxansına yerləşdiriliblər. Həkimlərin sözlərinə görə, hər iki yaralının vəziyəti ağırdır.  olduqalarını deyir. Qəza nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.

İlkin məlumata görə, avtomaşını idarə edən şəxs sərxoş halda olub və bu səbəbdən də idarəetməni itirib.
Fakla bağlı rayon polis şöbəsində cinayət işi açılıb

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi