Yuxarı
    Bağlamaq

    Ağdamda Qurban bayramı qabağı qoyun oğurlayan şəxslər tutulub

    Polis cinayəti isti izlərlə açıb

    Ağdam. 8 sentyabr. REPORT.AZ/ Ağdam rayonunda oğurluqla məşğul olan iki nəfər tutulub.

    Rayon Polis şöbəsindən "Report"un Qarabağ bürosuna verilən məlumata görə, saxlanılan şəxslər rayonun Eyvazlı kəndi ərazisindəki otlaq sahəsindən xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinirlər.

    Hadisədən xəbər tutan heyvan sahibi dərhal polisi bu barədə məlumatlandırıb. Asayiş keşikçilərinin həyata keçirdiyi əməliyyat–axtarış tədbirləri nəticəsində sözügedən şəxslər "VAZ 2106" markalı avtomobil ilə saxlanılıblar. Maşına baxış zamanı dəyəri 400 manat olan bir baş qoç aşkar edilib. Heyvan öz sahibinə qaytarılıb.

    Şübhəli şəxs qismində saxlanılan Vəliyev Qədir Əli oğlu və Məmmədov Tahir Məhəmməd oğlu istintaqa təhvil verilib.

    Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi