Ağdamda quldurluq üçün evə girən şəxslər 85 yaşlı kişini öldürmək istəyiblər - YENİLƏNİB

Ağdamda quldurluq üçün evə girən şəxslər 85 yaşlı kişini öldürmək istəyiblər - YENİLƏNİB Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır
Hadisə
20 Fevral , 2017 11:47
Ağdamda quldurluq üçün evə girən şəxslər 85 yaşlı kişini öldürmək istəyiblər - YENİLƏNİB

Ağdam. 20 fevral. REPORT.AZ/ Ağdam rayonunda evə girən şəxslər 85 yaşlı kişini öldürmək istəyiblər. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə fevralın 4-də rayonun Quzanlı qəsəbəsində baş verib. 

Belə ki, həmin qəsəbənin sakini 85 yaşlı Yasin Abbasovun evinə quldurluq yolu ilə girən naməlum şəxslər ev sahibini yerə yıxaraq əlləri ilə boğmaq istəyiblər. Lakin, bu zaman səs-küy yarandığından hadisə yerini tərk ediblər. 

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Ayxan Əliyev və Ülvi Əhmədov tutulublar.

A.Əliyevin və Ü.Əhmədovun ətraflarında Ağdam RPŞ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların fevralın 17-də rayon ərazisindəki 1 mağazadan 300 manat pul və tütün məmulatı, habelə Quzanlı qəsəbə sakini Afiq Abbasovla birgə elə həmin gün daha 1 mağazadan 210 manat pul, tütün məmulatı və danışıq kartları oğurlamaları da müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə A.Abbasov da tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi