Azərbaycanda qadın polis əməkdaşına xəsarət yetirdi
Hadisə
- 03 iyul, 2021
- 08:11
İyulun 1-də Ağdam rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əhliyət Qasımova qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, vətəndaş müraciəti ilə əlaqədar rayonun Baharlı I qəsəbəsində hadisə yerinə baxış keçirilərkən barəsində şikayət olunan İradə Atayeva xidməti vəzifəsini icra edən hakimiyyət nümayəndəsi olan Əhliyət Qasımovun üzərinə hücum edərək xəsarət yetirib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq davam edir.
Son xəbərlər
00:42
Komorun Sərhəd Xidməti 116 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Digər ölkələr00:14
Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH
Analitika00:00
Azərbaycanda Bilik Günüdür
Elm və təhsil00:00
Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
Daxili siyasət23:46
SEPAH: Hörmüz boğazında neft tankeri partlayıb
Region23:33
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir
Digər ölkələr23:16
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb
Region22:59
Foto
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
Fərdi22:37