Ağdamda mina partlayışında xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər - YENİLƏNİB

Ağdamda mina partlayışında xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər - YENİLƏNİB Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 12 aprel tarixində Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
Hadisə
12 Aprel , 2024 18:19
Ağdamda mina partlayışında xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər - YENİLƏNİB

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu Bərdə rayon Mərkəzi Xəstəxanasına, 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, hadisə bu gün keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə qeydə alınıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

15:04

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

"DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", - deyə məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi