Ağdamda mağazadan oğurluq edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə Ağdam Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Fikrət Yahyazadə saxlanılıb. Onun mağazaya qeyri-qanuni yolla daxil olaraq seyfdən 3000 manata yaxın nəğd pul oğurladığı müəyyən edilib.
Bundan başqa, keçirilən tədbirlərlə narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Arzu Məmmədov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri və çəkisi 1 kiloqram 390 qram olan marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.