Ağdamda elektrik enerjisinin verilişində fasilə yaranıb

Ağdamda elektrik enerjisinin verilişində fasilə yaranıb Bakı. 23 yanvar. REPORT.AZ/ Ağdam rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Hadisə
23 Yanvar , 2019 19:40
Ağdamda elektrik enerjisinin verilişində fasilə yaranıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Ağdam rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

"Report" xəbər verir ki, qəzaya rayon ərazisindən keçən elektrik xətlərində baş verən qısaqapanma səbəb olub.

Qəza nəticəsində rayonun Mahrızlı, Zəngişalı, Qaradağlı, Rzalı kəndləri və bır sıra başqa yaşayış məntəqələri qaranlığa qərq olub.

"Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a faktı təsdiqləyib.

Onun sözlərinə görə, yaxın dəqiqələrdə elektrik enerjisinin verilişi bərpa ediləcək: "Artıq əməkdaşlarımız və texnikamız hadisə yerindədir. Qəza yerini tapıblar və təmir-bərpa işləri aparılır. Havanın dumanlı olmasına baxmayaraq, əməkdaşlarımız qəza yerində çalışır və 20-30 dəqiqə ərzində elektrik enerjisinin verilişi bərpa ediləcək".

Son xəbərlər

Orphus sistemi