Ağdamda 23 yaşlı gənc itkin düşüb

Hadisə
  • 03 oktyabr, 2022
  • 05:25
Ağdamda 23 yaşlı gənc itkin düşüb

Ağdamda 23 yaşlı İlkin Hacıyev itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-da rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1999-cu il təvəllüdlü Hacıyev İlkin Təyyar oğlu özünə məxsus olan "Hyundaı" markalı avtomobillə yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.