Ağdamda 20 yaşlı qız intihar edib

Ağdamda 20 yaşlı qız intihar edib Hadisə rayonun "Dörd yol-1" qəsəbəsində qeydə alınıb
Hadisə
27 May , 2017 18:33
Ağdamda 20 yaşlı qız intihar edib

Ağdam. 27 may. REPORT.AZ/ Ağdam rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun "Dörd yol-1" qəsəbəsində qeydə alınıb.

Məcburi köçkün, 1997-ci il təvəllüdlü Cəmilə Gülmalızadə yaşadığı evin həyətindəki yarım tikilidə özünü asıb. İyirmi yaşlı qızın özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Son xəbərlər

Orphus sistemi