Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkarlanıb

Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkarlanıb ANAMA ərazilərdə əməliyyatları davam etdirir
Hadisə
5 Avqust , 2016 17:22
Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkarlanıb

Bakı. 5 avqust. REPORT.AZ/ Ağdam və Tərtər rayonlarında partlamış hərbi sursatların qalıqları aşkar edilib.

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, Ağdam rayonunun Əfətli kəndində 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə olaraq 3 min kv.m ərazi yoxlanılıb.

Eyni zamanda, Tərtər rayonunun Həsənqaya kəndində 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 9 min kv.m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə Agentlik aprelin 7-dən avqustun 5-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 469 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi