Yuxarı

Ağdam və Ağsu rayonlarında yanğın hadisələri baş verib

Ağdam və Ağsu rayonlarında yanğın hadisələri baş verib
Hadisə yerlərinə yanğınsöndürənlər cəlb olunub

Bakı. 20 mart. REPORT.AZ/ Bu gün respublikanın Ağdam və Ağsu rayonlarında yanğın hadisələri qeydə alınıb.

“Report” xəbər verir ki, Ağsunun Məşədiqanlı kəndində vətəndaşa məxsus həyətyanı sahədə olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.

Digər hadisə Ağdamın İkinci Alıbəyli qəsəbəsində baş verib. Vətəndaşa məxsus köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi