Ağdam sakininin həyətindən 123 ədəd çətənə kolu aşkarlanıb - FOTO

Ağdam sakininin həyətindən 123 ədəd çətənə kolu aşkarlanıb - FOTO Ağdam. 6 avqust. REPORT.AZ/ Ağdam rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb.
Hadisə
6 Avqust , 2018 15:02
Ağdam sakininin həyətindən 123 ədəd çətənə kolu aşkarlanıb - FOTO

Ağdam. 6 avqust. REPORT.AZ/ Ağdam rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə çətənə kolları yetişdirən şəxs saxlanılıb. 

Ağdam rayonunun Manikli kənd sakini Natiq Nadirovun Quzanlı qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən 123 ədəd çətənə kolu aşkar edilərək götürülüb və ekspertizaya təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, arşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi