Yuxarı
    Bağlamaq

    ​Ağdam sakinindən silah və narkotik vasitələr aşkar edilərək götürülüb

    Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu da aşkar edilib

    Bakı. 30 iyul. REPORT.AZ/ Ağdam rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi, 9 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb.

    "Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ayaqqərvənd kənd sakini Mübariz Məmmədovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-8” markalı ov tüfəngi və 9 ədəd patron aşkar edilərək götürülüb.

    Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu da aşkar edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi