Ağdam sakinində narkotik maddə aşkarlanıb
Hadisə
- 30 iyun, 2022
- 06:30
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olumuş Mahir Hüseynov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluqla yetişdirilən çətənə bitkiləri və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.
Son xəbərlər
14:39
Günə 77 qəpiyə "Nar"dan smartfon!
İKT14:36
"AzInTelecom"un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanındı
İKT14:31
Moyze Ken "Komo"nun maraq dairəsinə düşüb
Futbol14:24
Naxçıvanda yolların təmiri ilə bağlı layihələndirmə işləri aparılır
İnfrastruktur14:23
Foto
M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır
İnfrastruktur14:15
Rusiya Çerniqova zərbə endirib, 14 nəfər yaralanıb
Digər ölkələr14:12
Şerzod Xocayev: "Özbəkistan və Azərbaycan neft məhsullarının istehsalını müzakirə edib"
Energetika14:12
UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək
Futbol14:11