Naxçıvanda yolların təmiri ilə bağlı layihələndirmə işləri aparılır
İnfrastruktur
- 24 avqust, 2026
- 14:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikasında 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometr avtomobil yolunun əsaslı təmir edilməsi ilə bağlı layihələndirmə işləri aparılır.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Əli İbrahimbəyli bildirib.
Onun sözlərinə görə, bu mərhələ başa çatdıqdan sonra tender keçiriləcək və proses uğurla tamamlandıqdan sonra yollarda təmirə başlanılacaq. Təmir işləri Prezident İlham Əliyevin bu il avqustun 12-də imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncama əsasən aparılacaq.
Son xəbərlər
12:40
Sibiqa və Rubio Parisdə Rusiya-Ukrayna nizamlanmasını müzakirə edirlər
Digər ölkələr
12:29
Azərbaycan XİN Polşaya başsağlığı verib
Xarici siyasət
12:25
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları başlayıb
Digər ölkələr
12:21
Sabah Bakıya və rayonlara yağış yağacaq
Ekologiya
12:20
Georgi Mamardaşvili "Liverpul"dan ayrıla bilər
Futbol
12:20
Azərbaycan aqrar məhsul istehsalını daha 3 il müddətinə ƏDV-dən azad edəcək
ASK
12:15
"Meqa Sığorta"nın xalis mənfəəti 8 %-ə yaxın azalıb
Maliyyə
12:01
SOCAR Əliağada ildə 850 min ton gücündə polietilen istehsalı kompleksi tikəcək
Energetika
11:57
Əbu-Dabidə Ukrayna nümayəndə heyətinin Aİ və ABŞ nümayəndələri ilə görüşü başlayıb
Digər ölkələr