Ağdam sakini qonşusunu döyərək at arabası ilə üzərindən keçib - YENİLƏNİB

Ağdam sakini qonşusunu döyərək at arabası ilə üzərindən keçib - YENİLƏNİB Ağdamda mal-qara üstündə düşən dava zamanı bir nəfər ölüb.
Hadisə
4 Noyabr , 2019 01:01
Ağdam sakini qonşusunu döyərək at arabası ilə üzərindən keçib - YENİLƏNİB

Ağdamda mal-qara üstündə düşən dava  zamanı bir nəfər ölüb.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayonun Xındırıstan kənd sakinləri - Nəsibov Umud Qulu oğluHətəmov Əli Əsgər oğlu arasında mal-qara üstündə mübahisə yaranıb.

Mübahisə dava ilə nəticələnib. Dava zamanı U.Nəsibov Ə.Hətəmovu döyərək at arabası ilə üzərindən keçib.

Ağır xəsarətlər alan Ə.Hətəmov xəstəxanaya aparılarkən yolda ölüb.

Ə.Hətəmovun meyiti tibbi müayinədən keçmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


***21:33

Ağdam rayonunda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini Əli Hətəmov at arabasının altında qalıb. Nəticədə o, ağır xəsarətlər alaraq ölüb. Ə.Hətəmovun meyiti Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi